Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tayvanda rezin zavodunda güclü yanğın baş verib

18.07.2024 [22:02]

Xəbərin mətni

Çinin Tayvan adasında rezin məhsullar istehsal edən zavodda güclü yanğın baş verib.
AZƏRTAC Tayvan mediasına istinadla xəbər verir ki, Taynan şəhərindəki sənaye zonasında baş verən yanğını söndürmək üçün 40-a yaxın texnika, o cümlədən robotlar cəlb olunub. Sosial şəbəkələrdə yayılan videolarda yanğının zavodun demək olar ki, bütün ərazisini əhatə etdiyi görünür.