Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞKTC parlamentinin spikeri: Türkiyə olmasaydı, Xocalıda olanlar Kiprdə də baş verərdi

19.07.2024 [11:02]

Xəbərin mətni

Türkiyə olmasaydı, Kritdə, Şuşada, Xocalıda olanlar Kiprdə də baş verərdi. Adamızda da etnik mənsubiyyətə görə türklərə qarşı kütləvi qırğınlar baş verib. AZƏRTAC xəbər verir ki, bunu iyulun 18-də Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Zorlu Törə Lefkoşada Azərbaycan nümayəndə heyəti ilə görüşündə bildirib.
ŞKTC parlamentinin binasında keçirilən görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, VI çağırış Milli Məclisin deputatları - Hikmət Məmmədov, Musa Quliyev, Fatma Yıldırım, Fazil Mustafa və Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev iştirak ediblər.