Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Çində körpü uçub, 11 nəfər ölüb, 30 nəfər itkin düşüb

20.07.2024 [13:42]

Xəbərin mətni

Çinin Şansi əyalətində magistral yol üzərindəki körpünün uçması nəticəsində 11 nəfər ölüb, 30-dan çox adam itkin düşüb.

AZƏRTAC əyalət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8:40 radələrində Şanluo şəhərində baş verib.

Hadisə nəticəsində bir neçə avtomobil Cinçien çayına düşüb. Axtarış-xilasetmə işlərinə 750-yə yaxın xilasedici, 18 qayıq, 32 dron cəlb olunub. Çaydakı güclü axın axtarış işlərini çətinləşdirib.