Bayden prezident seçkilərində iştirakdan imtina edib - Ağ Evin önündən son görüntülər
22.07.2024 [10:43]
ABŞ Prezidenti Co Bayden prezident seçkilərində iştirakdan imtina edib.
AZƏRTAC-ın məlumatına görə, o, bununla bağlı sosial mediadakı hesabında bildirib.
“Yenidən seçilmək niyyətim olsa da, geri çəkilməyim, partiyam və ölkəmin maraqları naminə bütün diqqətimi prezident kimi vəzifələrimin icrasına yönəltməyim ən doğrusudur”,- deyə Bayden qeyd edib.