Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elnur Soltanov: İqlim dəyişikliyi problemini neft ölkələrinə bağlamaq düzgün deyil

22.07.2024 [15:48]

Xəbərin mətni

Biz dünyanı itirməkdəyik. Hazırda 54 milyard kubmetr karbon qazından danışırıq. Səthin temperaturu 1.1 C dərəcə artıb. Alimlər qısamüddətli təbii hadisələr barədə bizi məlumatlandırırlar. İqlim dəyişikliyi problemini neft ölkələrinə bağlamaq düzgün deyil. Çünki dünya bu təbii sərvətlər hesabına meydana gəlib. AZƏRTAC xəbər verir ki, bu fikri 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil edilən “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimatda Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov söyləyib