Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusu istifadəyə verilib
22.07.2024 [20:40]
Xaçmaz rayonunun Nabran qəsəbəsində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Təhsil” istirahət mərkəzinin yeni tikilən korpusu istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev və digər rəhbər şəxslər iştirak ediblər. Üçmərtəbəli korpusda ümumilikdə 45 otaq var. Otaqlardan 12-si üç nəfərlik, 33-ü isə beş nəfərlikdir. Bütün otaqlar kondisioner, televizor və soyuducu ilə təchiz olunub. İstirahət mərkəzinin ərazisində tikilən müasir 2 kottec də istifadəyə verilib. Bunlardan başqa, istirahət mərkəzinin ərazisində turistlərin istirahəti üçün daha bir hovuz tikilib. İki hissədən ibarət olan hovuz böyüklər və uşaqlar üçün nəzərdə tutulub.