Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan seminar-müşavirə keçirilib
23.07.2024 [20:50]
Xəbərin mətni
Bildirilib ki, şikayət iki formada - inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Seçki Məcəlləsində şikayətlərlə bağlı konkret müddətlər də müəyyən olunub. Belə ki, maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.