Azərbaycan Dövlət İnformasiya Agentliyi

Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir

24.07.2024 [22:54]

Xəbərin mətni

Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yüksəksəviyyəli görüşlər, bacarıqların artırılması üzrə proqramlar və forumlar vasitəsilə müxtəlif ölkələrdən olan insanlarla fikir mübadiləsi aparmağa çalışır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil iqlim prosesində hamının, o cümlədən uşaqların və gənclərin də səslərinin eşidilməsində həlledici rol oynayır. AZƏRTAC xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova Qoşulmama Hərəkatının Gənclər Təşkilatının mənzil qərargahında keçirilən görüşdə deyib.