Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə “Azərbaycan Olimpiya Evi”nin açılışı olub

28.07.2024 [12:36]

Xəbərin mətni

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində 33-cü Yay Olimpiya Oyunları münasibətilə “Azərbaycan Olimpiya Evi”nin açılışı olub. AZƏRTAC xəbər verir ki, açılış tədbirində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Türkiyənin Fransadakı səfiri Yunus Demirer, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Rusiya səfirliyinin müvəqqəti işlər vəkili, bir çox ölkələrin olimpiya komitələrinin, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.