İDMAN


“Paris-2024”: Azərbaycan cüdoçusu 1/8 finala yüksəlib

Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Türkiyə təmsilçisi Mixail Zqankı sınağa çəkib.

Rəqibinə qızıl xal bölümündə vaza-ari ilə qalib gələn Avropa çempionumuz 1/8 finala yüksəlib.

Qeyd edək ki, Paris Olimpiadasında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kiloqram) medal qazanıb. İdmançı Olimpiya çempionu olub.