CƏMİYYƏT


“33 il Nüvədi həsrəti” adlı anım tədbiri keçirilib

Avqustun 7-də Qərbi Zəngəzurun Nüvədi kəndinin əhalisinin deportasiyasının 33 illiyinə (1991-2024) həsr edilmiş "33 il Nüvədi həsrəti" adlı anım tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Nüvədi kəndi haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirilib.