DÜNYA


İraqın Baş nazirinin müavini Türkiyəyə səfər edib

İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyin Türkiyədə rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, Fuad Hüseyini səfərdə İraqın yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Onun Türkiyə ziyarəti çərçivəsində ilk görüşü Türkiyənin XİN başçısı Hakan Fidan ilə olub. Görüşdə ikitərəfli əlaqələr və regional məsələlər dəyərləndirilib.