DÜNYA


Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində anlaşma memorandumu imzalanıb

Son zamanlar Türkiyə ilə İraq arasında həm siyasi, həm də texniki səviyyədə qarşılıqlı əlaqələr intensivləşib. Bu müsbət inkişaf Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprel ayında İraqa tarixi səfəri ilə taclandırıldı. Bu səfər zamanı ticarətdən enerjiyə, sudan nəqliyyata, səhiyyədən təhsilə qədər əlaqələrimizi daha da möhkəmləndirən 27 saziş və anlaşma memorandumunun imzalanması ümumi iradəmizin ən bariz təzahürüdür. Bugünkü görüşlərimizin nəticəsində isə tarixi bir hadisəyə şahid olduq. Türkiyə ilə İraq arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə mövzusunda anlaşma memorandumu imzalandı.