COP29 ilə əlaqədar Təşkilat Komitəsinin altıncı iclası keçirilib
16.08.2024 [20:44]
Xəbərin mətni
Prezident Administrasiyasının rəhbəri Prezident İlham Əliyevin COP29 gündəliyimizi proqnozlaşdırılabilən, aydın məqsədlərə və nəticələrə köklənmiş gündəlik kimi xarakterizə etməsinə diqqət çəkərək dövlət qurumlarının, COP29 heyətinin bundan sonra da var gücü ilə çalışmasının vacibliyini vurğulayıb.
Samir Nuriyev noyabrın 12-13-də keçiriləcək Liderlər Sammitinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərinə dəvətlər ilə bağlı tam inklüzivliyin təmin edildiyini bildirib.