Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub

23.08.2024 [10:05]

Xəbərin mətni

Avqustun 23-də Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.
Sonra birgə foto çəkdirildi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI