Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyətinə Azərbaycanda seçkilərə hazırlıq barədə məlumat verilib

30.08.2024 [18:21]

Xəbərin mətni

Avqustun 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyasının rəhbəri Ladjal Tarek Abd Salamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.