SİYASƏT
Bakıda Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd edilib
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər ki, tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, altıncı çağırış Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. İstiqlal Marşı səsləndikdən sonra Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı Prezident Rəcəb Tayyib Ərdoğanın 30 Avqust - Zəfər Bayramı münasibətilə təbrik məktubunu oxuyub. Səfir türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi Zəfər qazandığını qeyd edərək ölkəsinin 102 il bundan əvvəl başlatdığı mübarizənin Zəfərlə başa çatdığını vurğulayıb.