SİYASƏT


Türkiyə Prezidenti Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 30-da Ankarada Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş Milli Müdafiə Universitetinin Hərbi Akademiyasında diplomların təqdim edilməsi mərasimindən sonra baş tutub.
Türkiyənin dövlət başçısı 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlara Allahdan rəhmət diləyib. Şəhid ailəsi üzvlərinin bir-bir əlini sıxan Ərdoğan, “Bütün şəhidlərimizin məkanı cənnət olsun” deyib.