Parlament seçkilərini 112 min 749 yerli müşahidəçi izləyəcək
31.08.2024 [13:36]
Xəbərin mətni
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 112 min 749 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.