Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Serbiyaya illik qaz həcminin bir milyard kubmetrə çatdırılması planlaşdırılır

02.09.2024 [13:27]

Xəbərin mətni

SOCAR və “Srbijagas” şirkətləri arasında qaz satışına dair müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 2-də Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O bildirib ki, Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü edilib. Bunun 1 milyarda çatdırılması planlaşdırılır. Bu da qazın üçdəbirini təmin edəcək. Artıq 160 min ton neft Serbiyaya çatdırılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI