Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baiba Veisa: Füzulidə seçicilər seçki məntəqələri açılmamış küçədə növbəyə dururdu

02.09.2024 [18:33]

Xəbərin mətni

Ümumilikdə, seçkilər günü 5 məntəqəyə baş çəkmək imkanım oldu, onlardan ikisi Bakıda idi. Xüsusən səhər saatlarında məntəqənin açılmasını müşahidə etdim. Açılışdan əvvəl də orada seçici növbəsi var idi və insanların seçkilərə məsuliyyətlə yanaşması çox sevindirici haldır. Ən əsası, gələcəyinizlə bağlı olduqca mühümdür. Sonra günorta Qarabağ bölgəsinə getdik, seçki məntəqələrində olduq. Azərbaycanın Şuşa və Füzuli şəhərlərində seçki prosesinin gedişatını müşahidə etdik.

BÖLMƏNİN DİGƏR VİDEOLARI