Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin Romada İtaliya Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub

05.09.2024 [21:29]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub.
AZƏRTAC xəbər verir ki, Romanın “Quirinale” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısını qarşıladı.
Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edildi.

Bölmənin digər videoları