DÜNYA


Makronun güc tətbiqinə qarşı Fransanın 150 şəhər və qəsəbəsində etiraz nümayişi başlayıb

Fransanın şəhər və qəsəbələrində Emmanuel Makronun güc tətbiqinə qarşı etiraz nümayişləri başlayıb.

AZƏRTAC xəbər verir ki, ölkənin 150-dən çox şəhər və qəsəbəsində təşkil olunan etiraz nümayişləri “Emmanuel Makronun çevrilişi və demokratiya uğrunda yürüş” təşəbbüsü ilə Tələbə və Lisey Həmkarlar İttifaqları tərəfindən keçirilir. Solçu partiyaların rəhbərləri də nümayişçilərə qoşulub.

Parisdə Bastiliya meydanına toplaşmış nümayişçilər Nation meydanına doğru irəliləyib. “Fransız xalqı üsyan edir, onlar inqilaba başladılar”, - deyə “Əyilməz Fransa” partiyasının rəhbəri Jan-Lük Melanşon nümayiş korteji yola düşməzdən əvvəl bildirib. O vurğulayıb ki, fasilə, barışıq olmayacaq.