Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyetnamda qasırğa qurbanlarının sayı 59 nəfərə çatıb

09.09.2024 [14:25]

Xəbərin mətni

Vyetnamda “Yagi” qasırğası nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb, daha 229 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, VnExpress internet nəşrinin bu gün yaydığı məlumata görə, ən çox zərər ölkənin şimal-şərqindəki Quanqnin əyalətinə dəyib.