18 ölkənin gənc liderləri COP29-a beynəlxalq ictimai dəstək üçün Bakıda toplaşıb
10.09.2024 [15:23]
Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə sentyabrın 9-dan 13-dək Bakı şəhərində “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, 18 ölkənin 24 gənc liderinin, gənclərlə işləyən Qeyri-Hökumət Təşkilatlarının (QHT) rəhbərlərinin və eləcə də ölkəmizin 60-dan çox gənclər təşkilatı rəhbərlərinin və hökumət strukturu təmsilçiləri, ekspert və digər qonaqların iştirakı ilə beynəlxalq tədbirin plenar açılışı sentyabrın 10-da Bakı Konqres Mərkəzində olub.