Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə rəsmiləri Özbəkistanda səfərdədirlər

12.09.2024 [14:14]

Xəbərin mətni

Türkiyə Respublikasının dövlət nümayəndələrindən ibarət heyət Özbəkistanda rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, Türkiyə heyətinin tərkibinə ölkənin XİN başçısı Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın daxildir.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə təhlükəsizlik məsələləri başda olmaqla, ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələri ətrafında fikir mübadilələrinin aparılması gözlənilir.