Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qərbi Azərbaycanda yerləşən mədəni abidələrimizə qarşı Erməni vandallığı

14.09.2024 [17:57]

Hər hansı xalqın müəyyən ərazidə varlığını təsdiqləyən əlamətlərdən biri də onlara məxsus dini, tarixi tikililərin mövcud olmasıdır. Lakin düşmənlərimizin heç bir tarixi keçmişi olmadığından, bizə məxsus olanları mənimsəmək və ya izləri itirmək məqsədi ilə onları dağıdırlar. Qərbi Azərbaycanda yerləşən memarlıq nümunələrimiz, Ermənilər tərəfindən ya məhv edilir ya da mənimsənilir.