Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycandakı xarici diplomatlar Kəlbəcərdə “Yuxarı Vəng” SES-də və Xudavəng monastırında olublar

18.09.2024 [15:18]

Xəbərin mətni

Azərbaycan Respublikasında akkreditə edilmiş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri sentyabrın 18-də Kəlbəcərə səfərləri çərçivəsində Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının (SES) işi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Bölmənin digər videoları