SİYASƏT


Vaqif Şadlinski: Biz Qərbi Azərbaycan torpaqlarına qayıtmaq istəyirik

Vətən müharibəsində qazanılan parlaq qələbə bütün Azərbaycan xalqının başını ucaltdı. Bu məğrurluq illərdir doğma el-obasından ayrı düşən Qərbi Azərbaycanlıları da əzəli torpaqlarına geri qayıtmağa köklədi. Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımılarından böyük əziyyət çəkib. Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, çox sayda insanı qətlə yetrib. Ümumilikdə 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada-1987-1991-ci illərdə isə 220 mindən çox azərbaycanlı doğma yurd-yuvalarını tərk edib. Vedibasar rayonunun Böyük Vedi kəndində anadan olan Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, professor Vaqif Şadlinski ermənilərin deportasiya siyasətinin qurbanlarından biridir.