Çin “BeiDou-3” naviqasiya sistemi üçün 2 ehtiyat peyki orbitə çıxarıb
19.09.2024 [16:45]
Xəbərin mətni
Çinin “BeiDou-3” naviqasiya sisteminə aid sonuncu ehtiyat 2 peyk orbitə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, peykləri orbitə aparan “Uzun yürüş-3B” (“Long March-3B”) daşıyıcı raketinin buraxılışı Siçuan əyalətindəki Siçanq buraxılış məntəqəsində yerli vaxtla saat 09:14-də baş tutub.