DÜNYA


Pentaqondan 4, Vatikandan 3 dəfə böyük olan “Yeni əsr qlobal mərkəzi” dünyanın ən iri binasıdır

Zəngin tarixi keçmişi olan Çin turistləri təkcə tarixi abidələr, sarayları ilə deyil, həm də müasir memarlıq nümunələri ilə də təəccübləndirməyi bacarır. Bu cür təəccüblü binalardan biri Çendu şəhərindəki “Yeni əsr qlobal mərkəzi”dir. 1,7 milyon kvadratmetr sahəsi olan bu bina ümumi sahəsinə görə dünyada ən iri bina hesab olunur. Təxminən 3 ilə inşa olunmuş bina 8 milyard ABŞ dollarına başa gəlib. O, sahəsinə görə 3 Pentaqon və ya 4 Vatikan dövlətinin ərazisinə bərabərdir. Bina əsasən metal və şüşə konstruksiyadan inşa edilib. Dəniz mövzusunda dizayn edilən binanın dam örtüyü və divarları sanki dalğa təəssüratı yaradır. Binada çox sayda kafe və restoran, 200 mağaza, bir neçə kinoteatr, 2 min nəfərlik teatr, min nəfərlik opera evi var. Ziyarətçilər burda buz meydançasında sürüşə, okeanariumu ziyarət edə bilərlər. Mərkəzin ərazisində 2 fərqli ticarət mərkəzi, 1000 nömrədən ibarət 6 və 8 mərtəbəli 2 otel, əyləncə və oyun məkanları, hətta su parkı və süni çimərlik də var.