SİYASƏT


BMT-də “Qərbi Azərbaycan” mövzusu müzakirə edildi

BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində "Qayıdış hüququndan istifadə - sülh və barışıq üçün mühüm stimul kimi" mövzusunda tədbir keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri və sözçüsü Ülviyyə Zülfiqar Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıdışı ilə bağlı çıxış edib. Bildirib ki, Ermənistan hökuməti azərbaycanlıların evlərini, müqəddəs yerlərimizi ziyarət etməyə bizə mane olur.