SİYASƏT


Qərb demokratiyası: islamofobiya, irqi ayrı-seçkilik, miqrant böhranı

Öz gözündə tiri görməyən, özgə gözündə tük axtarır... Bəzi Qərb dövlətləri, xüsusilə Fransa başda olmaqla, bu atalar sözünə uyğun siyasət yeridirlər. Digər ölkələrin daxili işlərinə qarışmaq, dini, irqi ayrı-seçkilikdən istifadə edərək regionlar və xalqlar arasında düşmənçilik yaratmaq həmin dövlətlər üçün adi hal alıb.Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir.