RƏSMİ
Bakının “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib
24.09.2024 [11:44]
Sentyabrın 23-də Bakının Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və COP29 könüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.
Qeyd edək ki, “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri yaradılıb.
09.10.2024 [20:16]
09.10.2024 [18:20]
09.10.2024 [10:04]
10.10.2024 [15:44]
07.10.2024 [19:41]
07.10.2024 [16:29]
04.10.2024 [13:24]
04.10.2024 [13:19]
26.09.2024 [23:51]
10.10.2024 [16:29]
08.10.2024 [17:18]
07.10.2024 [19:33]
07.10.2024 [17:27]
23.09.2024 [11:32]