Ermənistanın maddi və mənəvi borcu: təzminat məsələsi necə həll olunacaq?
24.09.2024 [19:38]
Ermənistanın işğalına son qoyulması vaxtilə bir milyon azərbaycanlının yaşadığı suveren ərazilərimizdə törədilən dağıntıların həcmini üzə çıxardı və cəmiyyətdə böyük sarsıntı yaratdı. Şəhər və kəndlərdə bütün tikililər, evlər, xəstəxanalar, məscidlər, mədəniyyət abidələri hətta qəbirlər yerlə-yeksan edilmişdi. Beynəlxalq hüquqa görə, Ermənistanın maddi və mənəvi abidələri, ətraf mühiti, təbiəti qorumaq öhdəliyi vardı, lakin işğalçı dövlət onları yerlə-yeksan etdi. Dağıntıların həcmi onu göstərir ki, Ermənistan dövləti azərbaycanlıların bütün tarixi və mədəni izini silmək üçün bu dağıdıcı fəaliyyəti planlı şəkildə həyata keçirib. İndi tarixi ədalət bərpa edilib. Ermənistanın isə təzminat ödəməsinin vaxtı çatıb.