RƏSMİ


Prezident İlham Əliyev Zəfər parkında olub

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı parkın girişində xatirə daşının önünə gül dəstəsi qoydu.
Qeyd edək ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Xalqımız Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edir. Bakının 8 Noyabr prospektində inşası davam edən Zəfər parkı da bu ehtiramın təcəssümüdür.