CƏMİYYƏT


Bakı İqlim Fəaliyyəti Həftəsi davam edir

Tədbirin üçüncü günündə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açılış nitqi ilə çıxış edib.
Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən, Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.