Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilib

02.10.2024 [17:14]

Xəbərin mətni

Oktyabrın 2-də Bakıda “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə təşkil edilən tədbirdə dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, ombudsmanlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.