Pre-COP29 konfransının ikinci gününə start verilib
11.10.2024 [16:04]
Xəbərin mətni
Bakıda keçirilən Pre-COP29 konfransının ikinci gününə iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasla start verilib.
AZƏRTAC xəbər verir ki, iclas Böyük Britaniya, Vanuatu və Azərbaycanın birgə təşkilatçılığı ilə keçirilir.
Pre-COP29 konfransı "Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək" mövzusuna həsr olunub.