Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində dənizdə dünyanın ən böyük külək turbini quraşdırılıb

13.10.2024 [15:26]

Çinin Fucien vilayətində dənizdə 26 meqavat gücündə külək enerjisi turbini quraşdırılıb. Bu, hazırda dünyanın ən böyük külək enerjisi turbinidir.

AZƏRTAC xəbər verir ki, turbinin dirəyinin hündürlüyü 63 mərtəbəli bina səviyyəsində, yəni 186 metrdir. Diametri 310 metrdən çox olan rotorun əhatə etdiyi ərazi 10 standart futbol meydançasının sahəsini aşır. Bu, həm güc, həm də ölçü baxımından dünyanın ən böyük turbinidir.