Gürcüstan azərbaycanlıları Şuşa şəhəri ilə yaxından tanış olublar
18.10.2024 [11:03]
Xəbərin mətni
Gürcüstan azərbaycanlıların işğaldan azad olunan Şuşa, Xankəndi və Ağdama səfərinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət edən qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin turizm şöbəsinin əməkdaşı Tavat Quliyeva qonaqlara şəhərdəki abidələr, tarixi yerlər barədə məlumat verib.