Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” keçirilib

19.10.2024 [11:36]

Xəbərin mətni

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” baş tutub.
AZƏRTAC xəbər verir ki, forum Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində keçirilib.