Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənc məşqçi: Laçında futbolu inkişaf etdirəcəyik

21.10.2024 [12:16]

Xəbərin mətni

Yenidən dirçələn və abadlaşan Laçın şəhərində yaradılmış “Mərkiz” futbol klubunun rəhbəri, gənc məşqçi Elvin Salahov doğma yurda böyük arzularla gəlib. Valideynlərinin söhbətləri nəticəsində uşaqlıqdan xəyalında qurduğu bu qayıdış ona həm də özünün sevib-seçdiyi işlə məşğul olmaq imkanı yaradıb. Elvin hazırda laçınlı uşaqlara və yeniyetmələrə futbolun sirlərini öyrədir, yaxın gələcəkdə isə “Mərkiz”in Azərbaycan Region Liqasında oynamasına nail olmaq istəyir...