Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Bakı şəhəri və Abşeron rayonunda su basmış ərazilərdən 31 vətəndaş təxliyə edilib

22.10.2024 [11:10]

Xəbərin mətni

Ötən gündən etibarən Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işlərinə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, su basmış yerlərdən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirir. Tədbirlər çərçivəsində ümumilikdə 31 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.