Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kembric Universitetinin tədqiqatçısı: COP29 dialoq baxımından qlobal səviyyədə dönüş nöqtəsi olacaq

22.10.2024 [14:03]

Xəbərin mətni

“Mən Bakıda keçiriləcək COP29-un böyük əhəmiyyət kəsb edəcəyinə əminəm. Bu tədbir qlobal səviyyədə dönüş nöqtəsidir. İnsanlar artıq bir-birini dinləməyə və əməkdaşlıq etməyə hazırdırlar və bu, dialoq üçün mükəmməl başlanğıc nöqtəsidir”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Kembric Mərkəzi Asiya Forumunun tədqiqatçısı və Kembric Universitetinin Volfson Kollecində tədqiqat şəbəkələri üzrə meneceri Prajakti Kalra COP29-un elmi-praktik aspektlərinə həsr olunmuş panel müzakirəsindən sonra söyləyib.