İDMAN
Avropa Liqası: “Qarabağ” bu gün “Ayaks”ı qəbul edəcək
24.10.2024 [11:23]
Xəbərin mətni
“Qarabağ” bu gün UEFA Avropa Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi III tur qarşılaşmasında Bakıda Niderlandın “Ayaks” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq görüşün start fiti saat 20:45-də səslənəcək. Matçı şotlandiyalı hakim Nikolas Uolş idarə edəcək.