Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyanın raket hücumu nəticəsində Dneprdə 3 nəfər həlak olub

26.10.2024 [11:00]

Xəbərin mətni

Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Dnepr şəhərində ikimərtəbəli yaşayış binası qismən dağılıb. Digər evlərə və bir tibb müəssisəsinə də ziyan dəyib.
AZƏRTAC bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir.
Xilasedicilər ikimərtəbəli yaşayış binasının dağıntıları altından 3 nəfəri xilas ediblər. Sonradan daha bir qadın dağılmış evdən çıxarılaraq xəstəxanaya göndərilib.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin ilkin məlumatlarına görə, 4-ü uşaq olmaqla 18 nəfər xəsarət alıb.