Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

28.10.2024 [10:32]

Xəbərin mətni

Azərbaycan Ordusunda “Motoatıcı” və “Komando” (Quru Qoşunları üzrə) ixtisasları üzrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Vurğulanıb ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş 30 yaşınadək hərbi vəzifəlilər 29 oktyabr-7 noyabr, 25 noyabr-30 noyabr 2024-cü il tarixlərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.