CƏMİYYƏT


“COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” yürüşü təşkil edilib

Noyabrın 1-də Bakıda - Dənizkənarı Milli Parkda “COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” adlı tədbir və yürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı, Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə keçirilən marafonda 150-yə yaxın QHT-dən vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.