CƏMİYYƏT


DSX-nin Sərhəd Nəzarəti Komandanlığı COP29-a tam hazırdır

Noyabrın 1-də media nümayəndələrinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığında mediatur keçirilib.
AZƏRTAC xəbər verir ki, mediatur DSX-nin Sərhəd Nəzarəti Komandanlığının fəaliyyətinin müxtəlif aspektlərini jurnalistlərə əyani şəkildə göstərmək məqsədilə təşkil olunub. DSX Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev komandanlığın yaranma tarixi və xidməti fəaliyyəti haqqında məlumat verib: “Sərhəd Nəzarəti Komandanlığının əsas vəzifələri dövlət sərhədindən buraxılış məntəqələri ilə hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət sərhədindən buraxılışı, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınmasından ibarətdir”.